AZ   |   RU
"Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandırmağa başladı..." - Asif Nərimanlı


"Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir".

Missiya.Az xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı öz facebook hesabında yazıb.

Asif Nərimanlı bildirib ki, Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan edib: “Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və Mistral zenit-raket komplekslərinin tədarükü də “müdafiə” adı altında həyata keçirildi. Hərçənd, bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi vardı.




"Çünki Bakının Qarabağda erməni separatizmi ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir: - Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması; - Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq; -Parisin İrəvana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Fransaya Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil ki, bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir", - deyə siyasi ekspert əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 4-12-2023, 13:55