AZ   |   RU
“ABŞ Yaxın Şərqdə idarəolunan böhran istəyir” - Politoloq

“ABŞ Yaxın Şərqdə idarəolunan böhranın davam etməsində maraqlıdır.


İsrail-Həmas müharibəsi Yaxın Şərqə yayılmadan müvəqqəti olaraq atəşkəslə yekunlaşır. Məhz ABŞ-ın İsraili müdafiə etməsi, burada ciddi rolu "Hizbullah" təşkilatının və İranın İsrailə qarşı mümkün hücumlarının qarşısını aldı”. Bunu Missiya.Az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Vaşinqton öz hərbi kontingentini İsrail sahillərində yerləşdirməklə, Hizbullah və İran İsrailə qarşı qəti və konkret addımlar atacaqdı: B”Prosesin arxasında Rusiya dururdu və Rusiya Suriyadan tam hərbi dəstəyini əsirgəməyəcəkdi.


İran və Hizbullahın İsrailə qarşı hücumu nəticəsində müharibə geniş şəkildə regiona yayılıb, nəticədə Rusiyanın və Çinin geosiyasi və beynəlxalq maraqlarına xidmət edə bilər. Nəticədə Rusiya Ukraynada müharibədə qalib gəlib, fövqəl dövlət statusu əldə etməsi mümkün olardi. Çində prosesdə əhəmiyyətli şəkildə öz geosiyasi mövqelərini gücləndirə bilərdi 


ABŞ ərəb ölkələrinin də Çinə yaxınlaşmasından ehtiyat edərək Qəzzada atəşkəsin təmin olunmasına getdi. ABŞ Qəzzada humanitar atəşkəsə İsraili məcbur etməklə, ərəb ölkələrinin özünə qarşı mövqeyinin dəyişməsinin qarşısını alır, həmçinin Rusiyanın istədiyi ikinci cəbhənin genişləndirilməsinə imkan vermədi. 


Vaşinqton, Qahirənin vasitəçiliyi ilə İsrail və Həmas arasında danışıqlar olacaq. Nəticəd və Qəzzanın idarəçiliyi Fələstin administrasiyasına verilə bilər. ABŞ İsraillə Fələstin arasında yekun sülhdə həllinə maraqlı deyil”.


Missiya.Az



  • 29-11-2023, 15:18