AZ   |   RU
İsrailin yanğınla bağlı kömək təklifini Türkiyə rədd edib? - AÇIQLAMA

İsrail Xarici İşlər Nazirliyi, sosial mediada yayılmış “İsrailin Türkiyədə baş verən yanğınlarla bağlı kömək təklifinə Ankaranın rədd cavab verməsi” ilə bağlı iddialara dair rəsmi açıqlama yayıb. Beləki, İsrail Xarici İşlər Nazirliyi həmin iddiaların yalan olduğunu bildirib.

Missiya.Az Türkiyənin Haber7.com saytına istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hait yayılmış məlumatların yalan olduğunu deyib. Yanğınlar başlanandan sonra Türkiyə rəsmiləri ilə danışıqlar aparıldığını deyən  Lior Hait, ehtiyac olarasa, İsrailin yardım edə biləcəyini də sözlərinə əlavə edib.

O həmçinin  baş verən hadisələrə görə İsrail xalqının üzüntü keçirdiyini də dilə gətirib.
 Sitat:"İsrail xalqı Türkiyədəki meşə yanğınları zamanı həyatını itirən şəxslərin ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalması üçün dua edir". Sitatın sonu

Xətai 
Missiya.Az

  • 3-08-2021, 16:46