AZ   |   RU
Şakira ona qarşı irəli sürülən ittihamları qəbul etdi


Dünyaca məşhur müğənni "Şakira" ləqəbli kolumbiyalı müğənni İzabel Mebarak Ripoll İspaniyada 8 il 2 ay həbs cəzası aldığı vergidən yayınma işi ilə əlaqədar ittihamları qəbul edib və sövdələşməyə başlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayılıb.

Məhkəmə mənbələrindən əldə edilən informasiyalara görə, İspaniyada yaşadığı dövrlə əlaqədar 2012-2014-cü illər arasında 6 müxtəlif cinayət, Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunan Şakiranın razılaşdığı bildirilib. O, 2,9 milyon avro cərimə ödəməlidir.

Bildirilib ki, normal şəraitdə 117 nəfərin şahid qismində cəlb olunduğu işin 12 iclasla davam edəcəyi gözlənilirdi. “Barselona”nın keçmiş futbolçusu Gerard Pike ilə birlikdə bir müddət Barselonada yaşayan tanınmış müğənni ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub.

Xatırladaq ki, ölkənin Baş Prokurorluğu tərəfindən Şakira İspaniyada vergi verməmək üçün gəlirlərini və aktivlərini ölkənin Vergilər İdarəsindən gizlətməkdə və Britaniya Vircin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkət şəbəkəsinə köçürməkdə ittiham olunub. Həmçinin, Şakiraya 8 il 2 ay həbs və ümumilikdə, 23 milyon avroya yaxın cərimə tələb edilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 20-11-2023, 15:17