AZ   |   RU
“Bankların faiz dərəcəsi aşağı salınmalıdır” - Siyavuş Novruzov

“Bank sisteminin yerli filialları çox olmalıdır ki, vətəndaşlara daha yaxşı xidmət göstərilsin”. 


Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Siyavuş Novruzov deyib. 


O, bildirib ki, bu istiqamətdə rəqabət yaranmalıdır: “Vətəndaşlarımızın orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcəyi kreditlərin faizi çox yüksək-14 faizdən yuxarıdır. Vətəndaşın illik 14 faizlik kredit götürüb bizneslə məşğul olması çox çətindir. Hesab edirəm ki, ilk növbədə bankların faiz dərəcəsi aşağı salınmalıdır”.


Missiya.Az



  • 15-11-2023, 11:40