AZ   |   RU
İğdırda Mübariz İbrahimovun xatirəsinə sinif açılıb


TÜRKAV Iğdır İl Müdirliyi tərəfindən İğdırın mərkəzi Topçular küçəsində yerləşən Şuşa uşaq baxçasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyacaq çoxməqsədli məşğələ sinifi açılaraq istifadəyə verilib.

Missiya. Az xəbər verir ki, açılış Şuşanın işğaldan azad edilməsi günündə, noyabrın 8-də, İkinci Qarabağ müharibəsindəki zəfərin 3-cü ildönümündə keçirilib. İğdir rəhbərinin müavini Abdülkadir Şahinin, İğdır baş prokuroru Serkan Başaranın, Polis müdiri Oğuzhan Yoncanın, İğdır Rayon Milli Təhsil Müdiri Servet Yaşamın, bölgədə fəaliyət göstərən digər təşkilat və müəsisələrin rəhbər və təmsilşilərinin, məktəbin, şagird və valideynlərinin də iştirak etdiyi tədbirə böyük maraq olub. Tədbiri giriş sözü ilə TÜRKAV Iğdır Şöbə müdiri Qurban Parlar açaraq deyib: ''Biz Vətən, millət aşiqi, dövlətin əsl övladları olaraq, istiqaməti Türk dünyası olan öndərimizin izi, dövlətimizin və təşkilatımızın əmri ilə, Turan sevgisi ilə durmadan çalışıb mücadilədə heç vaxt dünya nemətlərində gözü olmayan vətənpərvərlərik. Bu gün açlışını ettiyimiz şəhid Mübariz İbrahimov Sinifi vətənpərvər insanların dəstəyi ilə ərsəyə gəlib".

O xatırladıb ki, Mübariz İbrahimovun cəmi 22 yaşı olan igid bir Azərbaycan türkü, tarix boyu saysız-hesabsız qəhrəmanlar yetişdirmiş bir xalqın oğludur: "Kürşad 40 əsgəri ilə Çin sarayına basqın etdiyi kimi, o da arxasında gözəgörünməz ordu ilə təkbaşına erməni qüvvələrini darmadağın edən qəhrəman idi. O, 20-ci əsrin Kürşadı idi. Onun idealı var idi. Qarabağ ağrısı heç vaxt dayanmamışdı, ürəyindən “ya Qarabağ ya ölüm” kəlməsi keçirdi. 2010-cu il iyunun 19-da saat 23.30 radələrində “Vətən sağ olsun” yazılmış bir məktub yazib 1 kilometr minalanmış cəbhə xəttini keçərək 5 saat döyüşüb, xeyli erməni əsgərini öldürüb və şəhid olaraq ən yüksək mərtəbəyə ucalıb".

Həmçinin vurğulanıb ki, "Bu gün bizim vəzifəmiz Türk coğrafiyasında tarixdən günümüzə qədər şəhidlərimizin qanı ilə suvarılan bizlə əmanət olan bu müqəddəs torpaqları eyni şüurla sahib çıxıb qorumaq, və bizdən sonrakı nəsillərə də eyni düşüncəni aşılamaqdır. TÜRKAV İğdır İl Müdirliyi olaraq ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını əsas götürərək "Bir millət iki dövlət" devizi ilə Mübariz İbrahimov sinfini hazırlamağa başladıq.

Burada təhsil alacaq övladlarımızın vətən, millət sevgisinin nə qədər dəyərli olduğunu başa düşmələri və bu sevgi ilə böyümələri üçün belə bir sinif otağı yaratmaq qərarina gəldik. Biz burada övladlarımızın hər birini bir Türk bayrağı kimi görür və çalışırıq ki, bütün övladlarımız böyük müqəddəs ideala xidmət edən Fırat, Ərən, Aybükə, Mübariz olsunlar.

Üstəlik, açılış günü üçün, 8 noyab tarixini seçmək də təsadüfü deyil. Məqsədimiz Qarabağ zəfərini də açılışla qeyd etməkdir. Qarabağın azadlığı uğrunda şəhid olan Mübariz İbrahimovun timsalında keçmişdən bu günə Türkiyə Cümhuriyyəti və digər Türk ölkələri uğrunda canlarından keçmiş bütün şəhidlərimizi, rəhmət və hörmətlə xatırlayırıq".

O həmçinin vurğulayıb ki, "Bu müqəddəs işdə bizi tək qoymayan əqidə yoldaşlarıma, hər cür dəstək olan təşkilat sədrimə, sinfin qurulmasında bizə dəstək olan Iğdır valimizə, Bölgə Milli Təhsil Müdirimizə və məktəb rəhbərliyinə, təşkilatımıza, proqramda iştirak edən bütün qonaqlarımıza təşəkkür edirəm. Yaşasın Türkiyə, yaşasın Azərbaycan, Nə mutlu Türkəm deyənə".

Daha sonra sinif otağınin rəsmi açılılışı olub.




  • 11-11-2023, 19:07