AZ   |   RU
Gəncədə Elmar Vəliyevin borca saldığı iş adamı dünyasını dəyişdi

Gəncədə "Universam İsmayıl" kimi tanınan məşhur iş adamı İsmayıl Hüseynov bu gün dünyasını dəyişib.

İş adamının yaxın ətrafından Missiya.Az-a verilən məlymata görə, İ. Hüseynov xeyli müddətdir ağır vəziyyətdə yataqda imiş. 

Qeyd edək ki, İ.Hüseynovun səhətindəki problem sabiq icra başçısı Elmar Vəliyevin onu külli miqdarda borca salmasından sonra yaranıb. İş adamı Elmar Vəliyevə bazar və otel tikmək üçün məcburən böyük məbləğdə bank kreditləri altına girib. Həmin obyektlər rəsmən İ.Hüseynovun adına olsa da, aylıq gəliri Elmar Vəliyev götürüb. Bank faizlərini ödəmək isə iş adamının üzərinə yönəldilib. 

Məsələ ilə bağlı İ.Hüseynovun E.Vəliyevlə bir neçə dəfə mübahisə etdiyi bildirilir. Lakin sabiq icra başçısı ona olan borcunu ödəməkdən boyun qaçırıb. Nəticədə ağır maliyyə öhdəliyi altında qalmış iş adamının səhətində ağır problem yaranıb. 

Xatırladaq ki, iş adamı İsmayıl Hüseynov məşhur futbolçu Yunis Hüseynovun böyük qardaşıdır. 

Gəncədəki mənbələr bildirirlər ki, Gəncədə külli miqrdarda borca salınmış digər iş adamlarının da səhətində problemlər yaşanır. 

"Belə davam edərsə, onların hamısı dünyasını dəyişəcək. Çünki dözülməz və çıxılmaz vəziyyətlə üzləşiblər. Onları bu hala salan Elmar Vəliyev isə nəvələrinə xaricdən bahalı maşınlar sifariş etməklə məşğuldur" deyə mənbələr bildirir. 

Allah rəhmət eləsin. 

Elcan 
Missiya.Az


  • 11-11-2023, 15:51