Qalmaqallı bloger , Rusiyanın Sankt-Peterburq şəhərinin bir qrup sakinini döyməkdə ittiham olunan Tural Məmmədov Azərbaycanda saxlanılıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Kommersant” nəşrinə Rusiyanın Şimal paytaxtındakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişev məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq axtarışa verilmiş, özlərini “Azərbaycan mafiyası” adlandıran bir qrup yeniyetmənin cəmlədiyi dəstəyə rəhbərlik etmiş T.Məmmədov Rusiyaya ekstradisiyasını gözləyir.
Sankt-Peterburqdakı Azərbaycan milli-mədəni muxtariyyətinin mətbuat katibi Rəşadə Orucovanın “İzvestiya”ya müsahibəsində aydınlıq gətirdiyi kimi, Rusiya tərəfi konvensiyaya uyğun olaraq sorğu göndərib.
O, əlavə edib ki, Tural Məmmədov diaspor həyatında iştirak etməyib, lakin diaspora rəhbəri Vaqif Məmişev gəncin ailəsi ilə əlaqə saxlayıb.
Bloger oktyabrın 28-də beynəlxalq axtarışa verilib və qiyabi həbs edilib.
İstintaq oktyabrın ortalarında Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Azərbaycandan gəlmiş şəxslər ər tərəfindən yoldan keçənlərin döyülməsini əks etdirən videoları yoxlamaq əmrindən sonra başlayıb.
İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin rəisi vəzifəsini icra edən Oleq Bobkova cinayət işi başlamaq və hadisə ilə bağlı hesabat təqdim etmək tapşırılıb.
Elcan
Missiya.Az