AZ   |   RU
İsmayıllıda insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri keçirilib - FOTOLAR


“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində İsmayıllı Rayon Dövlət Humanitar və Texnologiya  Kollecində tədbir həyata keçirib.

Missiya.Az xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq İsmayıllı Rayon Dövlət Humanitar və Texnologiya  Kollecində təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, İsmayıllı Payon Polis Şöbəsinin əməkdaşı-polis mayoru Rahim Orucov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, İsmayıllı Dövlət Humanitar və Texnolgiya Kollecinin əyani şöbə müdiri Elmir Ağayev  və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.


DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov insan alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirkaçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında, sözügedən problemlərin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.

Tələbələrin sualları İbrahim Əhmədov tərəfindən cavablandırılıb.


Sonda İsmayıllı RPŞ-nin əməkdaşı polis mayoru Rahim Orucov bu cür çox əhəmiyyətli maarifləndimə tədbirinin keçirilməsinə görə İbrahim Əhmədova və Mahirə Əmirhüseynovaya təşəkkürünü bildirərək, bu istiqamətli layihələrin gənclərin gələcəklərinin formalaşmasında, inkişafında vacib olduğunu qeyd edib. Belə tədbir və lahiyələrin təhsil ocaqlarında mütəmadi keçirilməsini məqsədəuyğun hesab etdiyini və tələbələrə həmin məsələlərə çox ciddi diqqət yetirmələrini, xoşagəlməz halların qarşısını almaq üçün lazım olan təqdirdə nümayəndələrin verdiyi nömrələrlə əlaqə saxlamağı tövsiyə etdib.




  • 29-10-2023, 10:57