AZ   |   RU
Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir - Ərdoğan


Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.


Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Serdar Berdiməhəmmədov ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq vasitəsilə enerji təhlükəsizliyinə töhfə vermək öhdəliyinə sadiqdir.


"Görüşümüz zamanı biz Xəzər dənizindən keçən Qərb-Şərq dəhlizinin təkmilləşdirilməsi ilə bağlı fikirlərimizi bölüşdük. Türkmənistanla bir çox məsələlərdə eyni mövqedə olduğumuzu gördük", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda olan Türkmənistanın da təşkilata tamhüquqlu üzv olmasını arzuladığını bildirib.



  • 26-10-2023, 22:02