Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.Missiya.Az xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.
Belə ki, öhdəliyə götürülən
4 156 şəxsdən
2 226 nəfərinə artıq dəstək göstərilib və bu istiqamətdə
11 589 934,06 manat sərf olunub.
Ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü:Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün
9 668 102,00 manat, borc öhdəliklərinin qarşılanması üçün
1 511 006,43 manat, tibbi xərclərin ödənilməsi üçün
511 611,83 manat, təhsil xərclərinin ödənilməsi
üçün
51 305,54 manat xərclənib.
Ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsü:Evin təmiri üçün
8 121 678,00, bank borcları üçün
1 453 539,57, əməliyyat və xəstəxana xərcinin qarşılanması üçün
84 343,82, həmçinin müalicə xərcinin qarşılanması üçün
328 220,80, qeyri-bank borcları üçün
57 466,86, təhsil haqqının ödənilməsi üçün
49 304,54, istilik sisteminin quraşdırılması üçün
8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.
Qeyd edək ki, indiyədək fondda
30 178 777,33 manat toplanıb. Həmin vəsaitin
11 589 934,06 manatı xərclənib. Vəsaitin qalığı isə
18 588 843,27 manatdır.