AZ   |   RU
HƏMAS daha iki girovu azad etdiyini açıqlayıb


İsrailə hücum zamanı ələ keçirilən daha iki girov “humanitar səbəblərə görə” azad edilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Misir qanadının nümayəndəsi deyib.

Onun sözlərinə görə, proses Misir və Qətərin vasitəçiliyi ilə baş tutub. 

Jurnalist Marianna Belenkayanın sözlərinə görə, söhbət Nurit İtsxak və Yoxved Lifşitsdən gedir.



  • 23-10-2023, 23:31