AZ   |   RU
Ukraynanı Tokio 2020 Olimpiya Oyunlarında təmsil edəcək diaspor nümayəndəmiz FOTO
 
Uğurlar olsun, Pərviz! Uğurlar olsun, Ukrayna!

Bu gün "Konça-Zaspa" Olimpiya Təlim və İdman Mərkəzində azərbaycalı güləşçi Pərviz Nəsibovun da daxil olduğu güləş üzrə Ukrayna Olimpiya komandasının Tokio 2020 Olimpiya Oyunlarına yola salma mərasimi keçirildi! 

Görüşdə Kiev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Oleq Krapivin, Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov, RAU aparat rəhbəri Elşad İbrahimov, diaspora fəalları və idmançılar iştirak etti. 

“Bu gün sizə uğurlar arzulamaq və dəstəkləmək üçün buradayıq. Əsas məsələ yüksək nəticə göstərib, gələndə yüksək səviyədə qarşılanmaqdır! Bizi ancaq medallarla sevindirə bilərsiniz!” deyən KKA sədir və güləş üzrə veteranlar arasında dünya çempionu Krapivin komandaya diaspor adından çempionluq arzuladı! 

Görüşdə çıxış edən RAU baş katibi Ceyhun Məmmədov ODAU sədri və RAU’nun həmtəsisçisi Hikmət Cavadovun salamlarını çatdırdı. “Allahın köməyi ilə qalib gələcəyinə inanırıq” deyən Məmmədov bütünlüklə Ukrayna və Azərbaycan idmançılarına başarılar arzuladı. 

Daha sonra Pərviz Nəsibova, yunan-Roma güləşi üzrə Ukrayna yığmasının baş məşqçisi Yaşar Nəsirova və P. Nəsibovun ilk məşqçisi Nikolay Saleyevə Kiev Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlıları Radasının fəxri fərmanları təqdim olundu!

 


  • 25-07-2021, 20:29