AZ   |   RU
Azərbaycan-Şimali Kipr münasibətləri mövzusunda konfrans keçirilib - FOTOLAR

 
Xəzər Universitetində “Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr Münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Missiya.Az 
xəbər verir ki, tədbir Şimali Kipr Türk Respublikasının tanınmış siyasətçisi, beynəlxalq münasibətlər üzrə ekspert, professor Kudret Özersayın moderatorluğu ilə keçirilib.

Konfransda Milli Məclisin deputatları, Kuzey Kıbrıs Universitetlər Birliyinin sədri Selman Arslanbaş, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Türk Birliyi Dayanışma Dərnəyinin sədri Güven Arıklı, Türkiyədən və Şimali Kipr Türk Respublikasından gələn qonaqlar, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının təmsilçiləri, gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili Azərbaycan və Şimali Kipr münasibətlərindən bəhs edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatları bildiriblər ki,  Azərbaycan bütün sahələrdə Şimali Kiprin yanındadır və yanında olmağa davam edəcək.

Kuzey Kıbrıs Universitetlər Birliyinin sədri Selman Arslanbaş isə Şimali Kiprlə Azərbaycan münasibətlərindən, Şimali Kiprin tarixindən və keçdiyi azadlıq mübarizəsindən bəhs edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az



 




  • 21-10-2023, 11:13