AZ   |   RU
“Təkcə Qarabağı qaytardığına görə xalqımız İlham Əliyevə həmişə minnətdar olacaq” – Ramin Əhmədov

“Prezident İham Əliyevin Dövlətimizin sükanı arxasına keçməsindən 20 il ötür. 2003-c idən bəri ötən dövr təsadüfi deyil ki,  Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü dövrü, iqtisadiyyatımızın dinamik inkişaf mərhələsi kimi dəyərləndirilir. İnkarounmaz həqiqətdir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi atında dünyada söz sahibinə, güclü  iqtisadi-siyasi təsir rıçaqlarına malik dövlətə çevrilib. Məhz İlham Əliyevin sayəsində Azərbaycan öz toraqarını işğadan azad edib ərazi bütövlüyünü bərpa etdi, Konstitusion qurulşunu bütün ərazilərində təmin etməyə müvəffəq oldu. Təkcə torpaqlarımızın işğaldan azad olunmasına - Qarabağ qaytardığına görə xalqımız İlham Əliyevə həmişə minnətdar olacaq”


Missiya.Az xəbər verir ki, bu sözəri Trk Ağsaqqalları Birliyi- TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov  Prezident İlham Əliyevin 20 illik prezidentlik dövrü ilə bağlı Facebbok səhifəsindəki paylaşımında yazıb. . R.Əhmədov. qeyd edib ki,  cənab Prezidentin fəaliyyəti təkcə bir istiqamətli uğurdan ibarət deyil:

“Bəli, Qarabağ İlham Əliyevin əldə etdiyi uğurların zirvəsidir. Bu zirvəyə isə sosial-iqtisadi sahədə inkişaf əldə etmədən yüksəlmək mümkün deyildi. Gəlin ötən 20 ildə sosial-iqtisadi sahədə qeydə alınan nəticələrə diqqət edək. Rəqəmlər hər şeyi deyir, və ötən 20 illik fəaliyətin Azərbaycanı hansı inkişafa gətirib çıxardığı tam mənada aydın olur.

-    “2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. 

-    Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb. 

-    2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 

-    2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5%-ə enib, 

-    orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata yüksəlib”. 

Əslində əlavə şərhə ehtiyac yoxdur. 

Sonsuza qədər minnətdarıq sizə, cənab prezident!  Bu xalqın fəxarət hissini dirçəltdiyinizə, qələbənin nə demək olduğunu belə unutmuş insanlara PARLAQ ZƏFƏR bəxş etdiyinizə görə bütün təriflərə layiqsiz.  İnanırıq ki, Azərbaycan qarşıdakı mərhələdə sizin rəhbərliyiniz altında daha böyük uğurlara imza atacaq və inkişafımız daha da  sürətli temp alacaq. Elə bir baza, fundamen  yaratmısız ki, qələbələrimizin artacağına şübhəmiz yoxdur “ –deyə TAİB təsisçisi qeyd edib.


Elcan

Missiya.Az



  • 14-10-2023, 15:03