AZ   |   RU
Mehdiabadda şəhid adına küçə bərbad vəziyyətdədir - FOTOLAR


Jurnalist Ekspert mərkəzinin sədri Ceyhun Musaoğlu Abşeron rayon Mehdiabad qəsəbəsi, şəhid Sabir Muradov küçəsinin hazırkı vəziyyətindən şikayətlənərək, öz “Facebook” hesabında paylaşım edib.

Missiya.Az xəbər verir ki, Ceyhun Musaoğlu küçədə yolun, kanalizasiyanın və s. olmadığını bildirib.

“Mehdiabad qəsəbəsi, şəhid Sabir Muradov küçəsidir. Əsas küçədir, ara küçələrin də əksəriyyəti şəhid adınadır. Yol yox, kanalizasiya yox... indi də təzə "ay doğub". Hər şirkət küçəyə dəmir sütunlar basdırıb, üzərindən naqillər aparır. Biri internet çəkir, bir telefon, o biri işıq, başqası da peyda olub kamera quraşdırır. Sanki qurumların hərəsi bir ölkənin təmsilçisidir, bir sütun basdırıb üzərindən səliqə ilə naqilləri çəkə bilməzlər? Bu pintilik, bu laqeydlik, "bu gün var, sabah yoxdur", "mən salim olum, cümlə-cahan batsa da batsın" görməmişliyi qalib dövlət adına, müqəddəs şəhid ruhuna pinti ləkədir”, - deyə JEM sədri qeyd edib.


Zərintac Mayisqızı
Missiya.Az



  • 11-10-2023, 14:48