AZ   |   RU
"Azərbaycan hərbçiləri Şurnuxuda istehkam qurub, nəyəsə hazırlaşırlar" - Erməni məmur

“Azərbaycan hərbçiləri Gorus rayonunun Şurnuxu kəndinin hazırda onların nəzarətində olan hissəsində aktiv mühəndis-istehkam işləri həyata keçirirlər”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Şurnuxu kəndinin bələdiyyə başçısı Hakob Arşakyan “Sputnik Ermənistan” agentliyinə açıqlamasında deyib. 
O bildirib ki, Azərbaycan hərbçiləri kənd boyu postlər qurublar və nəyəsə hazırlaşırlar. 

Sitat: “Bu mühəndis-istehkam qurğuları elə-belə hazırlanmır. Hər axşam Şurnuxu kəndinin azərbaycanlılar nəzarət etdiyi hissəsinə 7-8 maşın daxil olur. Sanki onlar nəyəsə hazırlaşırlar. Bunu balaca uşaq belə baxsa, anlayar” - sitatın sonu. 

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində həyata keçirilən delmitasiya prosesi çərçivəsində qarşı tərəfin qanunsuz olaraq öz ərazisinə qatdığı kəndlər və yollar geri qaytarılır. Həmin yaşayış məntəqələrindən biri də qanunsuz olaraq Zəngəzur vilayətinin Gorus şəhərinin ərazisinə birləşdirilən Şurnuxu kəndidir. Yeni sərhəd xəttinə görə, Şurnuxu kəndindəki 11 ev azərbaycanlıların nəzarətinə verilib. 

Elvin
Missiya.Az


  • 21-07-2021, 15:55