AZ   |   RU
Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı Cənubi Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır


Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də qonşu Gürcüstana növbəti səfəri iki qonşu ölkənin qarşılıqlı dostluq və əməkdaşlığının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan bir sıra layihələrdə qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir. Bu cəhətdən qonşu Gürcüstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi qaçılmazdır, həm də bir tarixi reallıqdır. İki ölkə arasında əalqələrin dərin tarixi kökləri var, bu eyni zamanda ölkələrin bir-birinə qarşılıqlı inam və etibarına söykənir. Gürcüstanla ölkəmiz arasındakı  münasibətlər mükəmməl hüquqi bazaya malik olmaqla yanaşı, siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir. Gürcüstan, həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.


Səfər çərçivəsində mətbuata verdiyi bəyanatda dövlətimizin başçısı bunu xüsusilə vurğulayıb: “Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir”.



Eyni zamanda Prezident İlham Əliyev qeyd edib ki, “biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.


Gürcüstanla münasibətlərdəgələcək planlar toxunan İlham Əliyev bəyan edib ki, biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır.


Həmçinin iki ölkə arasında energetika sahəsində ənənəvi sahələrdən başqa “Yaşıl enerji dəhlizi” layihəsinə xüsusi önəm verən dövlətimizn başçısı qeyd edib ki, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.


Bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün. Burada ən əsas amil  isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.


Azərbaycan, həmçinin Gürcüstana ən çox investisiya yatıran ölkələr sırasındadır. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr isə əməkdaşlığımızı daha da gücləndirir.


Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə də özünü göstərir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü məhz hərbi gücünün hesabına bərpa etdiyi dövrdə bir sıra dövlətlər ölkəmizə dəstəyini nümayiş etdirmişdir. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, xain Ermənistana silah daşınmasında tranzit   ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.


Bu gün Azərbaycan-Gürcüstan əməkdaşlığının yüksələn xətlə inkişafı regionun sabitliyinə, xalqlarımız arasında tarixi dostluğa və Qafqazda daimi sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edir.


Sevil Əliyeva Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


 

 



  • 9-10-2023, 16:58