AZ   |   RU
Putinin İlham Əliyevə təşəkkür etməsi erməniləri qıcıqlandırdı: "Görüşdə İlham Əliyevin hakim rolu açıq şəkildə hiss olunurdu"

Ermənistan mediasında Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin ötən gün baş tutmuş görüşü ilə bağlı müxtəlif analizlər dərc olunur. 

Missiya.Az
xəbər verir ki, “politik.am” saytında dərc olunmuş yazıda görüşün Azərbaycanın maraqlarına uyğun keçdiyi və rəsmi Bakının diplomatik qələbə əldə etdiyi vurğulanıb. 

Sitat: “Ötən gün, 20 iyul tarixində Azərbaycan və Rusiya prezidentləri arasında görüş baş tutub. Əliyev və Putin arasında keçirilən budəfəki görüşü Azərbaycanın xarici diplomatik qələbəsi adlandırmaq olar. Görüş zamanı Azərbaycanın hakim rolu açıq şəkildə hiss olunurdu. Hiss olunurdu ki, müzakirələr Azərbaycanın irəli sürdüyü xarici siyasət tezislərinə və tələblərinə uyğun şəkildə keçirilir” – sitatın sonu. 

Müəllif görüş zamanı Putinin İlham Əliyevə regiondakı sabitliyin qorunmasında göstərdiyi səylərinə görə təşəkkür etməsinə diqqət çəkib. 


Yazıda Vladimir Putinin İlham Əliyevə təşəkkür mətninə də yer verilib. 

Sitat: “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm” - Putin İlham Əliyevlə görüşdə belə deyib. 
 
Prezident İlham Əliyevin 7 iyulda imzaladığı ”Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmana toxunan müəllif bildirib ki, fərmana görə, Dağlıq Qarabağ iqtisadi rayonu ləğv olunur, əvəzində isə Qarabağ iqtisadi rayonu yaradılır. 

Müəllif qeyd edib ki, Vladimir Putinlə İlham Əliyevin son görüşü “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığı ilə bağlı tezisi daha da gücləndirdi.

Sitat: “Vladimir Putin İlham Əliyevlə görüşdə Dağlıq Qarabağın adını belə çəkmədi. Putin 44 günlük müharibəni təsvir etmək üçün “regional gərginlik” ifadəsini işlətdi. Bu o deməkdir ki, Rusiya Dağlıq Qarabağın onlar üçün ayrıca bir ərazi vahidi olmadığını qəbul edir” – sitatın sonu. 
 
Elvin
Missiya.Az


  • 21-07-2021, 12:19