Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı olub.
Missiya.Az xəbər verir ki, tədbirdə filmin yaradıcı heyəti, ictimaiyyət nümayəndələri, universitetin tələbə-müəllim heyəti iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra tədbiri giriş sözü ilə açan layihə rəhbəri Kənan Qubadzadə çıxışında bildirib ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Film 4 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.
Tədbirdə iştirak edən digər çıxışçılar isə bildiriblər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Sonda “Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” AzMİU-nun rektoru Gülçöhrə Məmmədovaya, prorektor Orxan Naqdiyevə və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfiliyə Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edilib.
Leyla SƏMƏNDƏR
Missiya.Az