AZ   |   RU
"İbrahim Rəisinin İlham Əliyevi təbrik etməsi Ermənistana vurulan növbəti sillədir" - Erməni deputat

İranın yeni prezidenti İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevi Vətən Müharibəsindəki qələbə münasibəti ilə təbrik etməsi erməniləri hiddətləndirib. 
 
Missiya.Az
xəbər verir ki, Ermənistan parlamentinin Çiçəklənən Ermənistan Partiyası fraksiyasının katibi, deputat Arman Abovyan “Facebook” hesabında Rəisinin təbriki ilə bağlı status paylaşıb. 

O bildirib ki, bu təbrik bizim hamımıza vurulan növbəti sillədir. 

Sitat:“İranlıları günahlandırmağa cəsarət etməyin. Onların təbriki bu hakimiyyətin xarici cəbhədəki absurd iş üslubunun nəticəsidir. Əgər Ermənistan Xarici İşlər Nazirliyinin yanından keçsəz, qapının zəngini basın və bu təbriklə bağlı deyiləsi bir sözlərinin olub-olmamasını söyləyin” – sitatın sonu.
 
Qeyd edək ki, Azərbaycan Prezidentini Vətən Müharibəsindəki qələbə münasibəti ilə İranın keçmiş prezidenti Həsən Ruhani də təbrik etmişdi. Həmin vaxt da erməni cəmiyyəti Ruhaninin təbrikinə qısqanclıq hissi ilə yanaşmışdı. 

Elvin
Missiya.Az


  • 17-07-2021, 16:08