AZ   |   RU
Güneyli siyasi məhbusa təzyiq göstərilir


Kərəc şəhərindəki Qızılhisar zindanında saxlanılan Güney azərbaycanlı müəllim və siyasi məhbus Cəfər İbrahimiyə təzyiq etmək üçün onu və daha 12 siyasi məhbusu narkomanların saxlanıldığı bölməyə köçürüblər.

Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" kanalı məlumat yayıb.

Bildirilib ki, bundan öncə hüquqlarının pozulduğuna etiraz olaraq aclıq aksiyası keçirən məhbusların ailələri ilə telefon danışığına qadağa qoyulub.

Qeyd edək ki, 5 il həbs cəzasına məhkum edilən Cəfər İbrahimi bir neçə xəstəlikdən əziyyət çəkir və Beynəlxalq Əfv Təşkilatı, İran Yazıçılar Birliyi bəyanat yayaraq onun həyatının təhlükədə olması ilə bağlı İran hökumətinə xəbərdarlıq edib.

Həmədan şəhərindən olan Cəfər İbrahimi 2022-ci il aprelin 30-da təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

O, "hakimiyyətə qarşı əlbir olmaq və toplaşmaq", habelə "hökumət əleyhinə təbliğat aparmaq" ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 25-09-2023, 14:59