AZ   |   RU
Karamanda mikroavtobus aşıb - 2 ölü, 9 yaralı


Türkiyənin Karaman şəhərində mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Missiya.Az
xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə polis, yanğınsöndürmə briqadası və tibb qrupu cəlb edilib.

Qəzada avtomobildə olan sərnişinlərdən Nadir Baycan və sürücünün həyat yoldaşı dünyasını dəyişib, 9 nəfər yaralanıb. Yaralılar təcili yardımla Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.


Missiya.Az



  • 13-09-2023, 17:56