"Bələdiyyə,Resurs və Təlim Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Samux rayonunda "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsini icra edir.
Missiya.Az xəbər verir ki sözügedən layihənin Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin akt zalında layihənin açılış tədbiri olub.
Tədbirdə ictimaiyyət nümayəndələri,şəhid ailələri,məktəblilər və valideynlərlə yanaşı Samux rayon İcra Hakimiyyəti,Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi,Heydər Əliyev Mərkəzi,Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsi,Gəncə- Daşkəsən Regional Gənclər və İdman idarələrinin nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycanın Dövlət Himninin səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Birliyin sədri Gülnarə Əmiraslanova açıb. Layihənin əsas məqsədi və görüləcək işlər barədə tədbir iştirakçılarını geniş məlumatlandırıb və mövzunu əhatə edən video- çarx nümayiş olunub.
Həmçinin ailə dəyərlərinin təbligi,valideyn məsuliyyətliliyinin artırılması,qızların təhsildən yayındırılması hallarına qarşı mübarizə və erkən nikahların fəsadları ilə bağlı da danışılıb.
Missiya.Az