"Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması üçün lazımi addımlar atılıb". Miissiya.Az xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev 30 avqust - Türkiyənin Zəfər Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.
K.Vəliyev qeyd edib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədi:
"Bunun əldə olunmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin qalib Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu vardır”.
Baş qərargah rəisi xüsusi qeyd edib ki, Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq ölkələrin birliyini möhkəmləndirir, regionda sabitliyin qorunmasına, Azərbaycan və Türkiyə xalqlarının rifahının daha da yaxşılaşmasına xidmət edir:
"Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək", - deyə, K. Vəliyev vurğulayıb.
Elcan
Missiya.Az