AZ   |   RU
Netanyahunun Türkiyə ilə bağlı planı ortaya çıxdı

İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin müxtəlif nazirliklərindən ibarət peşəkar işçi qrupuna ölkənin hazırkı qaz ixracı üçün alternative layihələr üzərində işləməyə başlamağı tapşırıb.


Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, nəzərdən keçirilən variantlardan biri də İsrailin ən böyük dəniz qaz yatağı olan "Leviafan"dan Türkiyəyə qədər dənizaltı boru kəmərinin uzadılmasıdır.


Plana görə, İsrailin "Leviafan" yatağından hasil etdiyi təbii qaz Rusiya boru kəmərindən asılılığını azaltmaq üçün Türkiyəyə, daha sonra isə Cənubi Avropa ölkələrinə yönəldiləcək.




Zərintac MAYİSQIZI
Missiya.Az



  • 30-08-2023, 14:18