AZ   |   RU
Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək

Türkiyə və Qətər martın 2-dən 31-dək birgə hərbi təlimlər keçirəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin məqsədi Qətər və Türkiyə silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığı və birgə fəaliyyət imkanlarını genişləndirmək, həmçinin Qətər

Silahlı Qüvvələrinin hərbi potensialının artırılmasına töhfə verməkdir.


  • 1-03-2021, 17:32