AZ   |   RU   |   Köhnə versiya

Hadrut istiqamətində meşə zolağı yanır - VİDEO


Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Missiya.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumat əsasında dərhal nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Baxış sayı: 987
  • 5-07-2021, 11:21