AZ   |   RU   |   Köhnə versiya

Ermənistan Milli Elmlər Akademiyası Paşinyanın istefasını tələb edir


“Ermənistan hakimiyyəti 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın atəşkəslə bağlı imzaladığı üçtərəfli bəyanatdan sonra ölkənin geopolitik vəziyyətdən çıxarmaq üçün nəinki addım atıb, əksinə fəaliyyəti ilə vəziyyət daha da ağırlaşdırıb”.

Missiya.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu, Ermənistan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin martın 1-də yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, baş nazir Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və yüksək vəzifəli başqa hərbçiləri vəzifədən azad etməyə cəhd göstərməsi ölkənin ərazi bütövlüyünə, regionda yaranan zərif sülhə zərbədir. Akademiklər

Ermənistan ordusunu ermənilərin varlığı üçün başlıca təminat sayırlar.

Qeyd edək ki, fevralın 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bundan sonra baş nazir Baş Qərargahın rəisi Onik Qasparyanın istefaya gönədirilməsi ilə bağlı prezident Armen Sarkisyana təqdimat göndərib. Ermənistan prezidenti baş nazirin təqdimatını 2 dəfə geri qaytarıb.


Baxış sayı: 51
  • 1-03-2021, 17:23