AZ   |   RU
Brüsseldə qərbi azərbaycanlıların qayıdışı məsələsi də müzakirə olunub



Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə bir araya gələn Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında müzakirə olunan məsələlər məlum olub.


Missiya.Az xəbər verir ki, üçtərəfli görüş əsnasında sərhədlərin delimitasiyasi məsələsi, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvanın Azərbaycanın digər hissəsi ilə birləşdirilməsi, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərksilah edilməsi, son olaraq da qaçaqmalçılıq faktları ilə bağlı məsələlər müzakirə olunub. Qarabağ üçün nəzərdə tutulan humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perespektivi müzakirə olunub, Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan qanunları, Azərbaycan konstitutsiyası altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində yaşaması məsələləri müzakirə olunub, eyni zamanda Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi də danışılqar zamanı müzakirə olunub.

Qeyd edək ki, İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirilib.


Elcan

Missiya.Az



  • 15-07-2023, 21:03