AZ   |   RU
Şəmkirlilər Ebru Gündəşi sünnət toyuna gətirdilər - VİDEO

 
Türkiyəli məşhur müğənni Ebru Gündəş bu gün Şəmkirdə sünnət toyunda çıxış edib.

Missiya.Az-a 
verilən məlumata görə, Ebru Gündəşin iştirak etdiyi sünnət toyu Şəmkirin Şiştəpə kəndində keçirilib. Müğənninin sözügedən mərasimdə iştirak etmək üçün böyük məbləğdə qonorar aldığı deyilir.

Sünnət toyunun təşkilatçısının kim olduğu açıqlanmır. Onun Rusiyada fəaliyyət göstərən iş adamı olduğu bildirilir.

Qeyd edək ki, Şəmkirdə ilk dəfə deyil ki türkiyəli ulduzların iştirakı ilə toy məclisi keçirilir. Bundan əvvəl Kutsi, Mustafa Ceceli kimi ulduzlar da Şəmkirdə toyda müğənni kimi iştirak ediblər. Şiştəpədəki sünnət toyunun aparıcısı isə İТV-də məşhurlaşmış, hazırda isə Xəzər TV-nin əməkdaşı olan Leyla Quliyeva olub. Onun da yüksək məbləğdə qonorar aldığı deyilir.

Gülnar
Missiya.Az



  • 5-07-2023, 08:50