AZ   |   RU
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib


"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib.



Missiya.Az xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.




  • Dünən, 15:43