
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib ki, Ukrayna silahlı qüvvələrinin səfərbərlik resursu qeyri-məhdud deyil, lakin Qərb müttəfiqləri, görünür, Rusiya ilə “son ukraynalıya qədər vuruşmaq” niyyətindədirlər.
Missiya.Az "Komersant"a istinadən xəbər verir ki, Rusiya prezidenti Qərbin Ukraynaya dəstəyinin davam edəcəyini deyib: “Əlbəttə ki, avadanlıqlar əlavə olaraq verilə bilər, lakin səfərbərlik ehtiyatı qeyri-məhdud deyil. Deyəsən, Ukraynanın Qərb müttəfiqləri həqiqətən də Rusiya ilə sonuncu Ukraynalıya qədəra döyüşmək qərarına gəliblər”, - deyə Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı məlumatlarını şərh edərkən bildirib.
Elcan
Missiya.Az