AZ   |   RU
"Ermənilər tarixi inkişaf imkanını dəyərləndirmək əvəzinə yeni hərbi təxribatlara hazırlaşırlar" - Ramin Əhmədov


"Ermənilər 30 ildən sonra onlar üçün yaranmış inkişaf imkanlarını dəyərləndirə bilmir və yenə də müharibə həvəsilə alışıb yanırlar".


Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov pzünün rəsmi Facebook səhifəsində yazıb.


R.Əhmədov qeyd edib ki, .son günlər erməni tərəfinin Ordumuzun guya müxtəlif istiqamətləri atəşə tutması barədə yaydığı ğdezinformasiyalar, ayrı-ayrı ictimaiyyət nümayəndələri rərəfindən müharibə ritorikasına üstünlük verilməsi, Qarabağ ermənilərinin heç bir halda Azərbaycan bayrağı altına keçməyəcəkləri və sona,qədər dirəniş göstərəcəkləri barədə odlu-alovlu bəyanatların tirajlanması göstərir ki, ermənilər Azərbaycanın yaratdığı tarixi şansdan istifadə etmək əvəzinə, yeni hərbi təxribatlara hazırlaşırlar:


" Olsun, bu onların seçimidir və fərqində deyillər ki, bu dəfə onları daha,ağır aqibət gözləyir. Rəsmi Bakı əbədi sülhün bərqərar olması, münaqişəyə həmişəlik son qoyulması məqsədilə üzərinə düşən bütün addımları atdı. Cənab Prezident Dövlətimizin sülhpərvər mövqeyini ən müxtəlif tribunalardan bəyan etdi. Bundan sonra rəsmi Bakı erməni əsilli vətəbdaşlarını girovluqdan azad etmək istiqamətində hansı sərt tədbirlərə əl atacaqsa, bunun günahkarı əlbəttə ki, separatçılar və müxtəlif bəhanələrlə sülh prosesini pozmağa çalışan Ermənistanın hərbi siyasi rəhbərliyi olacaq".


Elcan
Missiya.Az



  • 20-06-2023, 20:56