AZ   |   RU
“ABŞ və Aİ Cənubi Qafqaz regionuna genişlənmək istəyir” - Lavrov

“ABŞ və Avopa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək niyyətində deyil, yalnız regiona nüfuz etmək və Rusiyanın qanuni maraqlarını sıxışdırmaq üçün çalışır”. 


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Minskdə KTMT xarici işlər Nazirlər Şurasının iclasının yekunlarına dair mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.


“Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün əsaslar qoyulub. O zaman Rusiya prezidenti Vladimir Putinin səyləri nəticəsində 2020-ci ilin noyabrında yekun prinsiplər üzrə ilk üçtərəfli bəyanat imzalanıb. Daha sonra tam normallaşma üçün tələb olunan səylərin müxtəlif aspektlərindən bəhs edən daha bir neçə üçtərəfli yüksək səviyyəli bəyanatlar qəbul edildi. Bu, həm də Azərbaycanla Ermənistan arasında, ümumilikdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılmasına da aiddir”, - deyə siyasətçi vurğulayıb.


Lavrov qyd edib ki, Rusiya Federasiyası digər beynəlxalq oyunçuların vasitəçilikdə əlini sınamasına qarşı deyil:


“Əsas odur ki, o, erməni və Azərbaycan xalqlarının və dövlətlərinin mənafelərinin tarazlığını əks etdirən razılaşmaların təmin edilməsi məqsədini güdməlidir”, - deyə rusiyalı nazir əlavə edib.


Lavrov qeyd edib ki, ABŞ və Aİ-nin etdikləri işlərdə biz artıq razılığa gəlməyə kömək etmək arzusunu yox, regiona nüfuz etmək, Rusiya Federasiyasının qanuni maraqlarını itələmək və özünü bir növ güc kimi göstərmək istəyini görürük.


Siyasətçi Qərbin davranışını NATO üzvləri, Avropa İttifaqının sərhədlərindən uzaq regionlara genişlənmək istəyi adlandırıb. 

 



Daşqın Həsənov
Missiya.Az



  • 20-06-2023, 17:02