AZ   |   RU
Ərdoğan Rusiyaya yeni səfir təyin edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya yeni səfir təyin edib.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin XİN-in mətbuat katibi Tanju Bilgiç ölkənin Moskvadakı yeni səfiri vəzifəsinə gətirilib. Mücahit Küçükyılmaz Türkiyənin Əlcəzairdəki yeni səfiri olub.

Türkiyənin Bratislava səfiri Yunus Dəmirər Paris səfirliyinə, Rauf Alp Denktaş Varşava səfirliyinə, Mustafa İlker Kılıç Mərakeş səfirliyinə, Mustafa Levent Bilgen Kiyev səfirliyinə təyin ediliblər.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 16-06-2023, 17:58