AZ   |   RU
Nikol Paşinyan Hindistan səfiri ilə görüşdü


Ermənistanın baş naziri Nikol Paşinyan Hindistan səfiri Nilakşi Saha Sinha ilə görüşdü.

Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Ermənistanın baş naziri bildirib ki, İrəvan Yeni Dehli ilə, o cümlədən iqtisadi sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Səfir Paşinyanla işgüzar əlaqələrin genişləndirilməsi, informasiya texnologiyaları, turizm, mədəniyyət, təhsil sahələrində həyata keçirilən layihələrdən də danışıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 16-06-2023, 17:22