AZ   |   RU
NATO-nun qapısı Kiyev üçün açıqdır - Stoltenberq


"NATO-nun qapısı rəsmi Kiyevin üzünə açıqdır".

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

O vurğulayıb ki, Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq və buna özü qərar verəcək: "Moskva bu məsələdə veto hüququna malik ola bilməz".

Stoltenberqin sözlərinə görə, NATO-Ukrayna Şurasının yaradılması da nəzərdə tutulub ki, burada qarşılıqlı maraq doğuran mövzular və təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 16-06-2023, 18:11