AZ   |   RU
Sistan və Bəlucitsan vilayətində silahlı qruplar arasında qarşıdurma yaşanıb


Sistan və Bəlucitsan vilayətinin Hamon şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds bazası ilə silahlı qruplar arasında qarşıdurma baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə ISNA SEPAH Quru Qoşunlarının Qüds Bazasının İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Silahlı toqquşma nəticəsində Bəsic üzvü Ərdəşir Xətibi öldürülüb.

Qarşı tərəfdən 2 nəfər ölüb, 6 nəfər həbs edilib.

Leyla SƏMƏNDƏR

Missiya.Az




  • 16-06-2023, 16:58