AZ   |   RU
Aİ apreldən bəri Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib - Borrel


Avropa İttifaqı aprel ayından Ukraynaya 900 milyon avro dəyərində mərmi tədarük edib. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə görüşündə deyib.


“Bu, döyüş sursatları tədarükü planımızın birinci hissəsidir. Biz iyulun sonuna kimi Avropa Müdafiə Agentliyinin təşkil etdiyi yeni sursatların birgə alınması üçün müqavilələr imzalayacağıq”, - Borrell bildirib.



  • 15-06-2023, 18:26