AZ   |   RU
İnsan həyatına təhlükə törədən yodsuz duzlar – satışı qanunla qadağandır


“Ölkədə yod defisiti xəstəliklərin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun 8.3 maddəsinə görə ölkənin əmtəə bazarında yodsuz duzun satışı, idxalı və ümumiyyətlə mövcudluğu qadağandır. Lakin təəssüflər olsun ki, ölkənin əmtəə bazarında 15%-ə qədər yodlaşdırılmamış duz var”.

Bu sözləri Missiya.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bazarın duz sektorunda hələ də problemlər yaşanır. Hətta, Ukrayna adı altında duzlar istehsal olunur. Onlar qablaşdırılaraq ayrı-ayrı adlarda satılır. Nümunələrlə də sübut edilib:

“Xarici ölkələrdən müxtəlif adlarda duz gətirilir, lakin yodsuzdur.  Bu qanun pozuntusudur. Yod defisiti xəstəliklərin aradan götürülməsinə ciddi əngəl törədir. Azərbaycanın əmtəə bazarında 1 kq-ı 9, ya da 4 manata olan duz var. İstehlakçıların bir çoxu soruşur ki, bu natrium-xlordur. Necə olur ki, 9 manat olur? Çünki bu sahədə markalanma ilə istehlakçını aldadırlar”.



Mütəxəssis onu da qeyd edib ki, bu ilin yanvar ayından Qida Təhlükəsizliyi agentliyi etiket məlumatları ilə tərkibinin müqayisə edilməsində məsuliyyəti üzərinə götürüb:

“Düşünürəm ki, agentlik sözügedən sahədə ciddi tədqiqat aparacaq. Yodsuz duzun satışı ilə məşğul olanlar gərək, bu əməldən əl çəksinlər. Çünki qanunla qadağandır və insan həyatına təhlükə törədir”.

Zərintac Mayisqızı
Missiya.Az






  • 13-06-2023, 13:16