AZ   |   RU
Şoyqunun "Patriot" HHM-lə bağlı iddiaları təkzib edildi


Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun "Patriot" hava hücumundan müdafiə sisteminin "məhv edilməsi" ilə bağlı iddiasını təkzib edib.

Missiya.Az UNİAN-a istinadən xəbər verir ki, Yuri İqnat tam əminliklə Sergey Şoyqunun iddialarını yalanladı.

"Dünən "Patriot" kompleksi işlədi, "İsgəndər" tipli bütün uçan ballistik hədəflər məhv edildi. Qəfil və gözlənilməz hücum da oldu, lakin bizim hava hücumundan müdafiə qüvvələrimiz yenidən yüklənir, dərhal hazırdır, çünki düşmən məkrlidir və istənilən yerə zərbə endirmək qabiliyyətinə malikdir", - Yuri İqnat əlavə edib.

Kompleksin bütöv olub-olmaması ilə bağlı suala o, belə cavab verib: “Əlbəttə, bütövdür, axır ki, bütün hədəflər məhv edilib”.

Zərintac Mayisqızı
Missiya.Az




  • 30-05-2023, 17:01