AZ   |   RU
Türkiyə Azərbaycanda innovasiyaya yönəlmiş kadrların hazırlanmasına kömək edəcək

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüşüb.

Missiya.Az
xəbər verir ki, bu barədə nazir öz tvitter hesabında məlumat bölüşüb:

"Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüşdük. Türkiyə tərəfi ilə ölkəmizdə innovasiyaların təşviqinə yönəlmiş kadr potensialının hazırlanması istiqamətində birgə əməkdaşlığı müzakirə etdik".


  • 17-06-2021, 18:08