AZ   |   RU
ABŞ-ın vasitəsilə mina xəritələrinin Azərbaycana verilməsi erməniləri qorxuya saldı

ABŞ-ın iştirakı ilə Ağdamın mina xəritələrinin Azərbaycana verilməsi Ermənistandakı bir çox qüvvələrin narazılığına səbəb olub. 

Missiya.Az
xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, erməni siyasi xadim Davit Şahnazaryan mina xəritələrinin Azərbaycana verilməsini ciddi təhdid adlandırıb.

Sitat: “Ermənistan səlahiyyətliləri Gürcüstan ərazisi ilə 15 erməni hərbi əsirin qaytarılması qarşılığında Ağdam rayonunun minalanmış ərazilərinin xəritələrini Azərbaycana təhvil veriblər. ABŞ-ın iştirakı ilə Ermənistanın milli təhlükəsizliyi üçün ciddi təhdid olan sövdələşmə baş tutub. Məsələ çox həssasdır, hərbi əsirlər qayıdıblar. Təkcə Ağdamda 97 minə qədər mina var və Azərbaycan bu xəritələr sayəsində dərhal Ağdam rayonunu hərbiləşdirmək imkanı qazanır” – sitatın sonu.

Qeyd edək ki, iyunun 12-də əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Xarici İşlər Nazirliyi bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edildiyini bildirmişdi. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edilib. 

  • 17-06-2021, 11:56