AZ   |   RU
Erməni qoşunları Paşinyanın əmri ilə Qarabağdan çıxarılır - Hərbi texnika İrəvana daşınır

Ermənistan ordusu baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın əmri ilə Qarabağdan çıxarılır. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “politik.am” saytı Qarabağdakı mənbələrinə istinadən məlumat yayıb. 

Xəbərdə bildirilir ki, Qarabağda Ermənistana məxsus hərbi texnikalar təmir bəhanəsi ilə İrəvana daşınır.

Sitat: “Erməni cəmiyyəti daxili siyasi çəkişmələrlə üz-üzə olduğu bir zamanda hakimiyyət İlham Əliyevə verdiyi sözləri yerinə yetirir. Mənbələrmizin verdiyi məlumata görə, Nikol Paşinyanın əmri ilə Qarabağdakı ağır texnika bölgədən çıxarılır. Bizə bu barədə məlumatı “Artsakh24.info” xəbər saytının redaktoru Marat Yeganyan təsdiqləyib” - sitatın sonu.  

İddia edilir ki, bu prosesin kökündə Qarabağdakı “ordunun” tam ləğv edilməsi dayanır. 

Sitat: “Paşinyan bu addımla Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edir. Qarabağdakı erməni əhali proseslərə müqavimət göstərməsin deyə tərksilah edilir. Ermənistanda heç kim Qarabağın təhlükəsizliyi ilə maraqlanmır. İrəvanda əmindirlər ki, Rusiya sülhməramlıları orda olduğu müddətdə Qarabağdakı əhali dinc yaşayacaq. Amma Rusiya sülhməramlıları Azərbaycanın tələbi ilə Qarabağdan çıxdıqdan sonra nə baş verəcəyi barədə suala heç kim cavab vermir” – sitatın sonu.  

Yazıda Prezident İlham Əliyevin Ermənistandakı revanşist qüvvələrə mesajı da xatırladılıb və qeyd edilib ki, rəsmi Bakı Qarabağ “ordusunun” ləğv edilməsində israrlıdır.

Bildirilib ki, İlham Əliyev yanvar ayında Şuşa şəhərində çıxışı zamanı Ermənistana 44 günlük müharibənin unudulmaması ilə bağlı mesaj verib, həmçinin “dəmir yumruğun” yerində olduğunu bəyan edib.

Elvin
Missiya.Az 

  • 16-06-2021, 11:14