AZ   |   RU
Ermənistan vətəndaş müharibəsinin astanasında: Paşinyan mitinqə niyə çəkiclə çıxıb?

Ermənistanda növbədənkənar seçkilər yaxınlaşdıqca rəqiblər bir-birlərinə qarşı daha sərt ritorikalardan istifadə etməyə başlayıblar. Əsas söz döyüşü keçmiş prezidentlər Robert Köçəryan, Serj Sarkisyan və hazırki baş nazir Nikol Paşinyan arasında gedir. Serj Sarkisyan seçkilərdə iştirak etməsə də, Paşinyana qarşı açılan cəbhənin əsas rəhbərlərindən biridir. 

Missiya.Az
Ermənistan mətbuatın istinadən xəbər verir ki, Serj Sarkisyan Nikol Paşinyanın mitinqlərdəki çıxışlarını vətəndaş müharibəsinə təhrik kimi qiymətləndirir. Onun sözlərinə görə, Paşinyan az səs toplasa, vəziyyəti gərginləşdirəcək. 

Sitat: “Bu insan açıq şəkildə hədələr yağdırır, provokasiya edir.  Açıq şəkildə deyir ki, əgər 60 faiz səs toplamasam, problem yaranacaq. Siz görürsüz ki, o mitinqə nə ilə çıxır” sitatın sonu.

Sarkisyan Paşinyanın mitinqə çəkiclə çıxmasına işarə edib. 

Sitat: “Xalqımız hər şeyi gördü – müharibədə məğlubiyyəti, minlərlə gəncin ölümünü. Görmədiyimiz nə qaldı? Yalnız vətəndaş müharibəsi. Bunu da Paşinyan göstərəcək" - sitatın sonu. 

Qeyd edək ki, Paşinyan bundan əvvəl Serj Sarkisyanın və Robert Köçəryanın ünvanına kəskin ifadələr işlətmişdi. Onları ordunu dağıtmaqda, ayrılan pullarla xaricdə biznes qurmaqda ittiham etmişdi. Hətta Paşinyan Robert Köçəryanı debata çağırsa da, keçmiş prezident müsbət cavab verməmişdi. 

Elvin
Missiya.Az


  • 15-06-2021, 15:34