AZ   |   RU
Nizami rayonunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

 

Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə dair mayın 10-da “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.

Missiya.Az
 xəbər verir ki, konfransda  ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül dəstələri qoyub, Heydər Əliyevin Nizami rayonuna səfərlərini əks etdirən foto-sərgiyə baxıblar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov dahi lider Heydər Əliyevin müdrik siyasəti, parlaq fəaliyyətinə dair  geniş məruzə ilə çıxış edib.

Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Xalqımız yeni əsr və minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.

Həmçinin, vurğulanıb ki, Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə respublikamızın həyatında böyük işlərə imza atıb, sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olunub. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev  uğurla davam etdirir.

Sonda  Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətini əks etdirən  “Əsrin adamı” video-filmi nümayiş olunub.

Zərintac Mayisqızı
Missiya.Az


 





  • 11-05-2023, 13:51