
“Keçmişdə ölkəmizə xidmət etmiş siyasətçilərin başına nə gəlibsə, hamısını yaşamışıq. Budur 21 ildir millət adına mübarizə apardığımız çirkin ssenarilər. Bizi məhkəmə qərarları ilə əngəlləmək, qəyyumluqla qorxutmaq istəyirdilər”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “tviter” hesabında yazıb.
“15 iyulda FETÖçu xəyanət dəstəsinin əli ilə birbaşa həyatımızı hədəfə aldılar. DAEŞ-dən PKK-ya qədər bütün terror təşkilatlarını üstümüzə atdılar. Onların hamısının məqsədi xalqın seçki qutusunda verdiyi səlahiyyəti zorla geri almaq idi. Amma lazım olanda canımız bahasına demokratiyamızı müdafiə etdik. Separatçı təşkilatın xain hücumlarında çoxlu həmkarlarımızı itirdik. Seçki məntəqələrimizə molotof bombaları atıldı, bir çox qardaşlarımız təzyiqlərə, təhqirlərə məruz qaldı. Bütün təxribatlara məruz qalsaq da, qanundan, demokratiyadan, legitimlikdən kənara çıxmadıq. Biz heç vaxt seçki qutusunun şərəfinə xələl gətirməmişik. Nə deyəcəkdiksə, qutuda dedik, qutudan keçirdik”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, bəziləri kimi qulağımıza pıçıldayan Qərb güclərinə yox, Anadolu bilgisinə arxalandıq:
“Bu gün biz 85 milyon insanın uzaqgörənliyinə arxalanırıq. 14 Mayda Anadolu bilgisinin qalib gələcəyinə ürəkdən inanırıq”, - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az