AZ   |   RU
Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda seçkilər başlayıb



Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verməsi başlayıb.

Missiya.Az xəbər verir ki, qardaş ölkənin Naxçıvan Muxtar Respublikasında yerləşən konsulluğunda seçkilərin birinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları iştirak edirlər.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya jurnalistlərə açıqlamasında bildirib ki, muxtar respublikada 1350 türk vətəndaşının səs verməsi gözlənilir.

“2014-cü ildən bəri xarici ölkələrdə yaşayan türk vətəndaşları səsvermə hüquqlarından istifadə edirlər. Bu il səsvermədə iştirak edənlərin sayının artacağına inanırıq”, – deyə A.Kaya vurğulayıb.

Birinci mərhələdə səsvermə mayın 8-dək davam edəcək. Seçkilər ikinci mərhələyə qalarsa, bu mərhələ üçün səsvermə isə 20-22 may tarixlərində keçiriləcək.

Zərintac Mayisqızı
Missiya.Az




  • 5-05-2023, 17:21