AZ   |   RU
Zakir Həsənovun polkovnik bacanağı yüksək vəzifədən çıxarıldı - FAKT
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis əvəzi polkovnik Elxan İbrahimov vəzifəsindən çıxarılıb. Bu vəzifə ona 6 ay öncə tapşırılmışdı. 

Missiya.Az xəbər verir ki, "Rupor"a daxil olan məlumata görə, nazirin imzaladığı əmrdə rəis əvəzinin xidmətə uyğunsuzluq maddəsi ilə vəzifəsindən çıxarıldığı qeyd olunur. 

Elxan İbrahimov həm də həkim Komissiyasının sədri idi. 

O, müdafiə naziri Zakir Həsənovun bacanağıdır. 

  • 26-02-2021, 21:06